Ucarda avtomobil aşdı, xəsarət alanlar var - FOTO - VİDEO

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Range Rover” markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb.

Qəzada müxtəlif bədən xəsarətləri alan Bakı şəhər sakinləri 1970-ci il təvəllüdlü İbrahimova Firuzə İman qızı, 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. (report)

  • Ucarda avtomobil aşdı, xəsarət alanlar var- FOTO - VİDEO

RƏY BİLDİRİN