Meksika Qran-prisinin müqaviləsi uzadıldı

Formula 1 üzrə Meksika Qran-prisi 2022-ci ilə qədər təqvimdə qalacaq.

AutoCity.az xəbər verir ki, Qran-prinin təşkilatçıları Formula 1 rəhbərliyi ilə razılığa gəliblər. Liberty Medianın rəhbəri Çeyz Keri öz açıqlamasında Meksika Qran-prisinin təqvimdə xüsusi yer qazandığını bildirib.

"Meksika Qran-prisinin uzadılmasına görə məmnunuq. Bu Qran-pri təqvimə əlavə olunanda xüsusi yer qazanııb. Qran-pri keçiriləndən 1,3 milyon azarkeşin bura gəlməsi çox yüksək nəticədir. Yeni müqaviləyə əsasən Qran-pri ən azından 2022-ci ilə qədər davam edəcək" - deyib Keri.

Qeyd edək ki, sonuncu Meksika Qran-prisinin qalibi Red Bullun pilotu Maks Ferstappen olub.

RƏY BİLDİRİN