"BakuBus"un avtobusu avtomobillərlə toqquşdu, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

AutoCity.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

  • "BakuBus"un avtobusu avtomobillərlə toqquşdu, xəsarət alan var- FOTO

RƏY BİLDİRİN