Bakıda qurbanlıq dana prospekti bir-birinə qatdı - VİDEO

Dananın Bakı küçələrində qaçması böyük marağa səbəb olub.

AutoCity.az xəbər verir ki, bu hal ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Qurban bayramında kəsilməsi üçün alınan dana Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb.

Dananı saxlamaq üçün hətta Post Patrul Xidməti əməkdaşlarının qoşulduğu əməliyyat bir müddət davam edib.

RƏY BİLDİRİN