"Cari mövsüm karyeramın ən yaxşısıdır" - Bottas

"Mercedes"in pilotu Valtteri Bottas cari mövsüm haqda fikirlərini açıqlayıb.

AutoCity.az xəbər verir ki, finlandiyalı pilot öz açıqlamasında cari mövsümün karyerasının ən yaxşı mövsümü olduğunu deyib.

"Cari mövsüm karyeramın ən yaxşısıdır. Mən öz inkişafımdan razıyam. Kvalifikasiyalarda stabil nəticələr göstərirəm. Düzdür, Macarıstan Qran-prisində pis çıxış etdim, lakin hər bir uğurlu yolda enişlər də olur" - deyib Valtteri.

Qeyd edək ki, Vallteri Bottas cari mövsümün ümumi turnir cədvəlində 188 xalla 2-ci pillədə qərarlaşıb.

RƏY BİLDİRİN