Oğuzda iki avtomobil toqquşdu, 7 nəfər yaralandı

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb. 

Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(report)

  • Oğuzda iki avtomobil toqquşdu, 7 nəfər yaralandı

RƏY BİLDİRİN