Motosiklet yarışında qəza: 340 km/saatla uçdu - VİDEO

ABŞ-da keçirilən "National Hot Rod Association" motosiklet yarışında təhlükəli qəza baş verib.

AutoCity.az xəbər verir ki, təsnifat yürüşü zamanı Bo Leyn motosikletini 340 km/s sürətlə sürərkən anidən idarəetməni itirib. Dərhal xəstəxanaya çatdırılan motosikletçi şəxsi Instagram səhifəsində ona olan dəstəyə görə təşəkkür edib və sağlamlığına ciddi zərər dəymədiyini yazıb.

AutoCity.az qəzanın videogörüntüsünü təqdim edir...

 

RƏY BİLDİRİN