Mərdəkanda yol qəzası nəticəsində sürücü yaralandı

Paytaxtın Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, 33 yaşlı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Süleymanov Ceyhun Sərvər oğlu sükanı arxasında olduğu "Tofaş" markalı avtomobil ilə Mərdəkan qəsəbəsində qəza törədib.

Nəticədə xəsarət alan sürücü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birinə aparılıb.

Yaralıya kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli müştərək travması diaqnozu qoyulub.

RƏY BİLDİRİN