Balaxanıda iki maşın toqquşdu, bir nəfər yaralandı

Bakının Sabunçu rayonunun "Balaxanı işıqforu" adlanan ərazisində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

AutoCity.az xəbər verir ki, nəticədə "VAZ"ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona alının kəsiyi və əziyi, sol dirsəyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı polisə məlumat verilib və araşdırma aparılır.(report)

RƏY BİLDİRİN