Paytaxtda sərnişin avtobusu piyadanı vurdu

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AutoCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Əmirbağırov küçəsində baş verib.

204 saylı xətt marşrutu xətti hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan 17 yaşlı Fatimə Vəliyevanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

RƏY BİLDİRİN