Son 5 gündə Bakıya daşınan sərnişinlərin sayı açıqlandı

Bu günədək Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb.

Autyocity.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova şəxsi "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. 5 gün ərzində regionlarımızdan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.

"Bu gün regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlərimiz üçün əlavə ehtiyat avtobusların ayrıldığını nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik! İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, siz təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz" deyə o bildirib. 

RƏY BİLDİRİN