"Formula 1"də mövsümün yerdəyişməsi

"Red Bull" komandası yay fasiləsindən sonra heyətində dəyişiklik etməyi qərara alıb.

AutoCity.az-ın məlumatına görə, "Formula 1" mövsümünün ilk yarısındakı zəif nəticələri ilə əlaqədar fransalı pilot Pyer Qasli "Toro Rosso"ya keçirilib.

Əsas komandada onun yerini tailandlı yeni tapıntı Aleksander Albontutacaq. Dəyişiklik 30 avqust - 1 sentyabrda keçiriləcək Belçika Qran-prisindən etibarən qüvvəyə minəcək. Qasli rusiyalı Daniil Kvyatın, Albon isə hollandiyalı Maks Ferstappenin yeni komanda yoldaşı olacaq.

Qeyd edək ki, "Formula 1"də ilk 12 Qran-pridən sonra Pyer Qasli 63 xalla 6-cı, Aleksander Albon isə 16 xalla 15-ci pillədə qərarlaşıb. Əvəzində Maks Ferstappen 181 xalla 3-cü, Daniil Kvyat 27 xalla 9-cu pillədə yer alıb. 

RƏY BİLDİRİN