Avtobus çaya aşdı, 49 şagird yaralandı

Hindistanda məktəbə məxsus avtobus çaya aşıb.

AutoCity.az xəbər verir ki, hadisə ölkənin Maxaraştra ştatında qeydə alınıb. Yol-nəqliyyat hadisəsi nəticəsində azı 49 şagird yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN