Maserati istehsalda dəyişiklik edib - FOTO

Maserati şirkəti istehsal planında dəyişikliklər edib: əsas modellərin yeni nəsillərinin debüt tarixləri dəyişdirilib, lakin perspektiv sportkarların işıq üzü görəcəyi bəyan edilib.

Keçən il Fiat Chrysler Automobiles (FCA) ittifaqı Maserati markasının model xəttinin strateji inkişaf planını dərc etmişdi. Bu günlərdə konsern bu planda dəyişikliklərin edildiyi bildirilib. Yeni plana əsasən, yaxın dörd ildə italyan markasının model xəttində ciddi dəyişikliklər gözlənilir.

AutoCity.az autograph.az-a istinadən xəbər verir ki, əvvəlki planda Maserati markasının üç ən vacib modelinin - Levante krossoverinin, Ghibli və Quattroporte sedanlarının 2022-ci ilə qədər nəsil dəyişdirəcəyi göstərilirdi. İndi isə, Maserati bu modellərin yenilənməsi ilə ötüşməyi planlaşdırır. Üstəlik, bu yenilənmə gələn il keçiriləcəkdir. Buna baxmayaraq, nəsil dəyişikliyi plandan çıxarılmayıb - Levante restaylinqdən üç il, Quattroporte isə iki sonra nəsil dəyişdirilməlidir. Ghibli modeli isə bu siyahıdan çıxarılıb.

Çoxdan gözlənilən Alfieri superkarına gəldikdə isə, burada vəziyyət tam əksinədir: əvvəl Maserati Alfieri modelinin 2022-ci ildən tez debüt etməyəcəyi bildirilsə də, indi modelin debütü iki il qabağa çəkilib. Markanın planlarında peyda olmuş "tamamilə yeni sportkarın" Alfieri olduğundan şübhə etməmək olar. 2021-ci ildə isə, bu modelin açıq versiyası da təqdim ediləcəkdir.

2021-ci ildə italyan markasının model xəttində daha iki yeni model  - GranTourismo kupesi və yığcam krossover peyda olmalıdır. "Bala Levante" adlandırılan sonuncu modelin debütü də bir qabağa çəkilib. Nəhayət, 2022-ci ildə Maserati GranCabrio modelini təqdim etməlidir. Bundan başqa, Maserati müxtəlif elektrikləşdirmə səviyyəsinə malik olan idman kupesini, kabrioleti və krossoveri də hazırlamağı planlaşdırır.

  • Maserati istehsalda dəyişiklik edib- FOTO

RƏY BİLDİRİN