Serxio Peres karyerasını bitirə bilər

"Racing Point"in pilotu Serxio Peres gələcək karyerası haqda danışıb.

AutoCity.az xəbər verir ki, Peres öz açıqlamasında 2021-ci ildə "Formula 1"dən gedə biləcəyini bildirib.

"Formula 1"də nələrin olacağını təxmin etmək çətindir. Mənim karyeramda çox az zaman qalıb. Nələri baş verəcəyini deyə bilmərəm, amma özümə məqsəd qoymuşam ki, 2021-ci ilə qədər podium qazana bilməsəm "Formula 1"dən gedəcəm" - deyib Peres.

Qeyd edək ki, 2011-ci ildən "Formula 1"də çıxış edən Peres ümumilikdə 8 dəfə podiuma qalxmağı bacarıb. O, sonuncu dəfə 2018-ci ildə Azərbaycan Qran-prisində bu nailiyyətə çata bilmişdi.

 

RƏY BİLDİRİN