"Daha 15 il "Formula 1"də çıxış etmək istəyirəm" - Ferstappen

Red Bullun pilotu Maks Ferstappen gələcək karyerası haqda söz açıb.

AutoCity.az xəbər verir ki, Maks öz açıqlamasında daha 15 il Formula 1də qalmaq istədiyini etiraf edib.

"Mənim cəmi 21 yaşım var və mən daha 15 il Formula 1də çıxış etmək istəyirəm. Digər pilotlardan fərqli olaraq mən, 17 yaşımda debüt etmişəm. Bu çox kiçik rəqəmdir. Bilmirəm, bəlkə 36 yaşımda aşağı səviyyəli pilot oldum. Çempion olduqdan sonra autsayder olmaq istəmirəm" - deyib Ferstappen.

Qeyd edək ki, cari mövsümün ümumi turnir cədvəlində Ferstappen 3-сü pillədə qərarlaşıb.

RƏY BİLDİRİN