Valtteri Bottas "Formula 1"də qalacağını açıqladı

"Mercedes"in pilotu Valtteri Bottas müsahibə verib.

AutoCity.az xəbər verir ki, Bottas öz açıqlamasında gələcək karyerasının "Formula 1"lə əlaqəli olacağını bildirib.

"Tətil başlayandan mən Toto Volfla zəng və elektron poçtla əlaqə saxlayırıq. Növbəti mövsüm üçün müqaviləm olmadığından heçnəyi dəqiq bilmirəm. Amma ralliyə getmək hələ tezdir. Özümü daha bir neçə il "Formula 1"də görürəm.

Qeyd edək ki, cari mövsümün ümumi turnir cədvəlində Vallteri Bottas Lüis Hemilltondan 62 xal az toplayaraq 2-ci pillədə qərarlaşıb.

RƏY BİLDİRİN