NASCAR-ın ikiqat qalibi təyyarə qəzasından sağ çıxdı - VİDEO

ABŞ-ın Tennessi ştatının şimalındakı Elizabetton şəhərciyində aviaqəza baş verib. 

AutoCity.az xəbər verir ki, kiçik şəxsi təyyarə uçuş-eniş zolağından çıxaraq yanıb. Hava gəmisinin göyərtəsində NASCAR-ın ikiqat çempionu, Dayton yarışlarının qalibi Kiçik Deyl Ernhardt olub. Onu həyat yoldaşı və 1 yaşlıq qızı müşayiət edib.  

Sərnişinlər təyyarədən dərhal çıxaraq xəsarət almayıblar. İnsidenti Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şura araşdırır. Müşahidə kameraları qəza səbəbi kimi şassinin eniş zamanı yüklənməyə dözməyərək dağılmasını göstəriblər. 

RƏY BİLDİRİN