"IndyCar" yarışında kütləvi qəza - VİDEO

ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında "IndyCar" seriyalı yarışda ağır qəza baş verib.

AutoCity.az-ın məlumatına görə, ilk turda yaşanan qəzaya yaponiyalı pilot Takumı Sato səbəb olub. Hadisə nəticəsində bir neçə bolid sıradan çıxıb, 5 sürücü isə müayinə üçün tibb mərkəzinə göndərilib.

Onların arasında yaponiyalı pilotla yanaşı, Rayan Hanter-Rey, Ceyms Hintskliff, Feliks Rozenkvist və Aleksandr Rossi də var. Rozenkvistdən başqa digər pilotlar tibb mərkəzindən ayrılıblar. Feliks isə zədələndiyi üçün bir müddət xəstəxanada qalmalı olub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir. 

RƏY BİLDİRİN