"IndyCar"ın Pokono mərhələsinin qalibi məlum oldu

"Team Penske" komandasının pilotu Uill Pauer "IndyCar"ın ABŞ-ın Pokono dağlarında keçirilən yürüşünün qalibi olub. 

AutoCity.az-ın məlumatına görə, ikinci yeri 5 saniyə geridə qalma ilə Skott Dikson tutub. Üçüncü yerdə isə "Indy 500"ün 2019-cu il qalibi Simon Pajno qərarlaşıb. 

Yarış ümumilikdə planlaşdırılmış 200 dövrə əvəzinə 129 dövrə davam edib. Pis hava şəraiti üzündən yürüşü qırmızı bayraqlarla dayandırmaq lazım gəlib. 

IndyCar. Pokono 

1. Uill Pauer ("Team Penske") – 129 dövrə 
2. Skott Dikson ("Chip Ganassi Racing") — +5,4688 
3. Simon Pajno ("Team Penske") — +7,0950 
4. Santino Ferruççi ("Dale Coyne Racing") — +9,4697 
5. Cozef Nüqarden ("Team Penske") — +10,1771 
6. Ed Karpenter ("Ed Carpenter Racing") — +15,4239 
7. Sebastyen Burde ("Dale Coyne Racing") — +19,1641 
8. Toni Kanaan ("A.J. Foyt Enterprises") — +23,3941 
9. Qrem Reyhol ("Rahal Letterman Lanigan Racing") — +25,2060 
10. Çarli Kimbel ("Carlin") — +27,4361.

RƏY BİLDİRİN