Tovuzda ağır qəza: 1 ölü

Tovuz rayonunun Bozalqanlı kəndində xəsarətlə nəticələnən yol qəzası olub.

AutoCity.az-ın məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb, ardınca isə aşıb.

Nəticədə 4 nəfər - Aslanov Taleh Valeh oğlu (1996), Səmədov Murad Qoşqar oğlu (1997), Əmiraslanov Emil Nofəl oğlu (1996) və Namazov Səid Cəfər oğlu (1996) xəsarət alıb. 

Onlardan 1996-cı il təvəllüdlü Səmədov həkimlərin müdaxilələrinə baxmayaraq xəstəxanada keçinib. 

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN