Hacıqabulda qəza: 1 ölü, 1 yaralı

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AutoCity.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mercedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Yaralı isə Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğludur. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır ("Report").

RƏY BİLDİRİN