Bayram Nurlu da "Maşın"da yarışacaq

"Maşın" realiti şousu 18-ci mövsümü ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Oktyabrın 1-dən start götürəcək layihədə kimlərin iştirak edəcəyi isə izləyicilərin marağındadır.

AutoCity.az xəbər verir ki, iştirakı təsdiqlənənlərdən biri müğənni Aysun İsmayılovadır.

Bundan başqa, baxıcı Bayram Nurlunun da "Maşın" realiti şousunda olacağı iddia edilir. Bir neçə tanınmış şəxs isə proqramdan gələn təklifi geri çevirib.

Qeyd edək ki, hər mövsüm layihədə 18 məşhur avtomobil uğrunda mübarizə aparır.(axsam.az)

RƏY BİLDİRİN