Gəncə Avtomobil Zavodunun qüsurlu nəşri - FOTO

Tərcümədə sərbəstlik və sadiqlik – Gəncə Avtomobil Zavodunun nəşri əsasında

Bu kitaba kəndlərin birində rast gəldim. İxtisasıma uyğun olduğundan orijinalı (rusca) ilə müqayisə aparmaq istədim.

Bir qədər nəzəriyyə

Tərcümənin vacib prinsiplərdən başlıca gələni sərbəstlik və sadiqlikdir. Yəni, tərcüməçi məzmuna xələl gətirməmək şərti ilə orijinaldakı sözü kəsib ata və ya olmayan sözü əlavə edə bilər (mənanı dəqiqləşdirmək xatirinə). Yaxud, söz sırasının dəyişdirilməsi norma hesab edilir. Məsələn, xarici dildə olan siyahını tərcümə edərkən onu tərcümə dilinin əlifba sırasına uyğunlaşdırmaq səhv deyil, təqdirəlayiqdir. Keçək, konkret misallara.

“Belarus” traktorlarının istismar təlimatı” ixtisarların izahı ilə başlayır. Bunları Azərbaycan dilinin əlifba sırasına uyğunlaşdırmaq zəruri idi. Belə sıralama nəticəsində müvafiq ixtisarı daha asan tapmaq olardı.

Təlimatın demək olar hər səhifəsində orfoqrafiya səhvləri mövcud olsa da, biz bu məsələyə toxunmuruq. Kitabın ilk səhifələrindən hiss olunur ki, tərcüməçi həmkarım texniki terminologiyaya çox da dərindən bələd deyil. Bu əslində böyük qüsur sayılmır, amma.... İstənilən tərcüməni müvafiq sahənin mütəxəssisi yoxlayıb redaktə etməlidir. Məsələn, “yedəyin çillə rəzəsi” nədir? AKB çıxarları deyil, çıxışı və ya qütbü olur. Yanacaq verilməsinin ötmə bucağı deyil, püskürmənin (benzin mühərriklərində alışmanın) qabaqlama bucağı, Arxa güc seçimi valı deyil, arxa güc ötürmə valı, İşə salma muftası deyil, ilişmə muftası, Differensialın məcburi təcridi deyil, differensialın məcburi kilidlənməsi, Zahiri deyil, xarici bolt birləşmələri, Cod təmizləmə deyil, kobud təmizləmə olmalıdır və s. Giriş klapanı ilə sürgü qolu arasındakı məsafənin tənzimlənməsi avtomobil dünyası üçün yenilikdir. Klapanla sürgü qolu arasında daim hərəkətdə olan porşen var axı. Düzgün variant belə olmalıdır: giriş (çıxış) klapanı ilə paylayıcı valın yumruqcuğu arasındakı istilik araboşluğu. Texniki ədəbiyyatda hərarət deyil, temperatur terminindən istifadə qəbul edilmiş normadır. “Dizeli dayandırın, aşkar edin və nasazlığı aradan qaldırın” – cümlə quruluşunda uyğunsuzluq var. Traktorda və ağır texnikada sürətlər qutusu deyil, ötürmələr qutusu olur. Praktikada belə hallara çox rast gəlinir. Tərcümə probleminə görə bir çox siyasətçinin arzuolunmaz vəziyyətə düşdüyünə dair N qədər misal çəkmək olar. 21-ci əsrdə tərcümənin əsas sahəsi olan elmi-texniki tərcümədə də hər şey ideal vəziyyətdə deyil. “Hyundai” şirkətinin məşhur “Santa Fe” modeli MDB bazarına satışa çıxarılarkən istismar təlimatı rus dilində idi. Amma bərbad rus dilində. Bir tanışımda reast gəldiyim bu təlimatda anlaşılmayan cümlələrin sayı kifayət qədər çox idi. Vaxtilə rus bloqerlər də bu tərcüməni ciddi tənqid edirdilər. Qayıdaq öz “Belarus”umuza. Bu təlimatı daha savadlı və aydın şəkildə tərcümə etmək mümkündür və lazımdır. Bunun üçün ölkəmizdə yetərli sayda mütəxəssis və tərcüməçi var. Azərbaycan dilinin də daxili imkanları ilə bunu etmək mümkündür.

Vüqar YAŞAROĞLU

PS. Müəllif sözügedən təlimatdakı tərcümə qüsurlarının aradan qaldırılması üçün Gəncə Avtomovil Zavoduna təmənnasız kömək etməyə hazırdır.

  • Gəncə Avtomobil Zavodunun qüsurlu nəşri- FOTO

RƏY BİLDİRİN