İtaliya Qran-prisi: Lekler ardıcıl ikinci çempionluğunu qazandı

"Formula 1" üzrə İtaliya Qran-prisi yekunlaşıb.

AutoCity.az xəbər verir ki, Montsa halqasında keçirilən yarışın qalibi "Ferrari"nin pilotu Şarl Lekler olub. Monakolu pilot ikinci pillədə qərarlaşan "Mercedes"in pilotu Valtteri Bottası 0.835 saniyə qabaqlayaraq ardıcıl ikinci çempionluğunu əldə edib. İlk üçlüyü isə "Mercedes"in digər pilotu Lüis Hemillton tutub.

RƏY BİLDİRİN