"Williams"ın pit-stopu İtaliya Qran-prisində birinci oldu - FOTO

İtaliya Qran-prisinin ən sürətli pit-stopu müəyyənləşib.

AutoCity.az xəbər verir ki, Montsa halqasında keçirilən yarışın ən sürətli pit-stopunu "Williams" komandası edib. Robert Kubitsanın pit-stopu cəmi 2,15 saniyə vaxt aparıb. İkinci sırada Valtteri Bottasın pit-stopu qərarlaşıb. "Mercedes"in mühəndisləri Bottası 2,28 saniyəyə yola salmağı bacarıblar.

Qeyd edək ki, Qran-prinin qalibi Şarl Lekler 2,34 saniyə ilə 4-cü sırada qərarlaşıb.

RƏY BİLDİRİN