Italiya Qran-prisinin halqası dəyişdirilə bilər

"Formula 1" üzrə İtaliya Qran-prisinin halqası dəyişdirilə bilər.

AutoCity.az xəbər verir ki, bir müddət öncə İtaliya Qran-prisinin təşkilatçıları ilə "Formula 1" rəhbərliyi 2024-cü ilə qədər müqavilə bağladılar. Montsada keçiriləcək Qran-pri 2025-ci ildən məkanını dəyişə bilər. Belə ki, Mudcella halqasının təşkilatçıları 2025-ci ildən etibarən "Formula 1"ə ev sahibliyi etmək istəyirlər. Halqanın rəhbəri Paolo Poli öz açıqlamasında Mudcella ilə Montsanı müqayisə edib:

"Bizim hazırda əsas məqsədimiz "MotoGP" yarışlarını qaytarmaqdır. Daha sonra 2025-ci ildən etibarən "Formula 1" haqda düşünmək olar. Montsa halqasından fərqli olaraq bizim halqanı dövlət maliyyələşdirmir. 2006-2016-cı illərdə Ferrari buraya böyük maliyyə dəstəkləri verib. Biz ümid edirik ki, 2025-ci ildə Mudcellada "Formula 1" keçiriləcək".

RƏY BİLDİRİN