"Volkswagen" yeni loqosunu yayımladı

"Volkswagen" 2000-ci ildən bu yana ilk dəfə olaraq loqotipini yeniləyib.

AutoCity.az xəbər verir ki, yeni loqotip əslində ilk dəfə görünmür. Şirkət əvvəllər "Hello Light" reklam kampaniyasında və bəzi prototipli nəqliyyat vasitələrində qara və ağ loqotipdən istifadə etmişdi. Loqotipdən istifadə edən ilk istehsal avtomobili, ehtimal ki, yeni "MK8 Golf"dur.

Qeyd edək ki,  avtomobil istehsalçısı "Lotus", loqotipini dəyişdirmə mərhələsindədir. Şirkətin yenidən düz bir loqotipə keçəcək.

Yeni loqotiplər asanlıqla qavranılmaq üçün kifayət qədər tanış görünür, eyni zamanda istehlakçılara yeni bir dövrün başladığını da söyləyirlər.

RƏY BİLDİRİN