"Tesla" elektromobillər üçün batareyalar istehsal edəcək

"Tesla"nın öz batareyalarını istehsal etməsi planları barəsində ortalıqda gəzən məlumatlar öz təsdiqini tapıb.

Autocity.az Technote-a istinadən xəbər verir ki, ortaya çıxmış vakansiyalar siyahısına əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyalar Kaliforniya ştatının Frimont şəhərindəki zavodda istehsal ediləcək. Lakin heç istisna deyil ki, batareyalar həmçinin Kolorado ştatında da istehsal ediləcək. Hal hazırda "Tesla" "Panasonic"in batareya elementlərindən istifadə edir.

Həmin batareyalar "Model X" ilə "Model S" elektromobil modelləri üçün Yaponiyadan əldə edilir. "Model 3" elektromobili üçün nəzərdə tutulmuş batareyalar isə Nevada ştatındakı "Gigafactory 1" zavodunda istehsal edilir. Batareya istehsalını öz əlinə götürəndən sonra "Tesla" batareya istehsalı miqyasını böyüdə və istehsal prosesində gecikmələri aradan qaldıra biləcək. Bundan əlavə olaraq bu o deməkdir ki, "Tesla" batareya istehsalına görə kənar şirkətlərə vəsait ödəməyəcək.  

RƏY BİLDİRİN