Cəlilabadda iki minik avtomobili toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21011" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN