Sərxoş sürücü polisi söyüb avtomobilini qaçırdı

Fransanın Pireney regionundakı Tarb kommunasında yol polisi gecə saatlarında “ziqzaq cizən” sürücünü saxlayıb.

AutoCity.az xəbər verir ki, yoxlama zamanı onun böyük dozada alkoqol qəbul etdiyi məlum olub. Polis sərxoş sürücünü avtomobilin arxa oturacağına əyləşdirərək şöbəyə aparmaq istəyib. Lakin qayda pozan şəxs qandallanmayıb.

Polis zabiti yanacaq doldurmaq üçün avtomobildən düşdükdə sürücü dərhal onun yerinə keçərək nəqliyyat vasitəsini qaçırıb. Şəhər küçələrində təhlükəli manevrlər edən sürücü sayrışan işıqları və səs siqnalını işə salmaqla kifayətlənməyib, meqafonla polisləri də söyüb. Sərxoş sürücünün saxlanması üçün 40 min nəfərlik şəhərin bütün təhlükəsizlik strukturları səfərbər edilib.

Təxminən 1 saat çəkən təqibdən sonra sürücü yol kənarında park edən avtomobili vuraraq dayanıb. Saxlanan avtoxuliqan barədə həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclası yanvarın 14-nə təyin edilib.

RƏY BİLDİRİN