Qubada məktəblilər üçün təhlükəsizlik tədbirləri

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AutoCity.az-a verilən məlumata görə, məqsəd rayon ərazisində baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq və məktəblilərin təhlükəsizliyini təmin etməkdən ibarətdir. 

“Diqqət uşaqlar!” adı altında keçirilən tədbirdə polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında bir sıra işlər görülüb. Bura qeyd olunan ərazilərdə yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyan maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

  • Qubada məktəblilər üçün təhlükəsizlik tədbirləri
  • Qubada məktəblilər üçün təhlükəsizlik tədbirləri
  • Qubada məktəblilər üçün təhlükəsizlik tədbirləri

RƏY BİLDİRİN