"Lexus" yeni modellərini təqdim etdi - VİDEO

"Lexus" RX350, 350L və 450-nin yenilənmiş modelini rəsmi olaraq ictimaiyyətə təqdim edib.

AutoCity.az xəbər verir ki, krossoverin minimum səviyyədə yeniliyi 44,1 min dollar məbləğində qiymət etiketi alacağı gözlənilir. Uzadılmış RX350 L modifikasiyada avtomobilin qiyməti 47,1 min dollara qədər artacaq. Bu xətt üzrə ən bahalı maşın qiyməti 47,9 min dollardan başlayan "F Sport" idman krossoveri olub.

Avtomobilin salonunda "Android Auto" və "Apple CarPlay" texnologiyalı, genişləndirilmiş multimedia kompleksi ekranı var. Yenilik keyfiyyətli səs izolyasiyası ilə təmin olunub. Krossoverin kapotunun altında gücü 308 at gücünə çatan 3,6 litrlik motor quraşdırılıb.

RƏY BİLDİRİN