Antuan Yuber dəfn olundu

İtaliya Qran-prisi zamanı qəza nəticəsində vəfat etmiş "Formula 2" pilotu Antuan Yuber dəfn olunub.

AutoCity.az xəbər verir ki, ötən gün keçirilən dəfn mərasimi Fransanın Şartr şəhərində keçirilib. Mərasimdə Yuberin yaxınları və dostlarından əlavə məşhur "Formula 1" simalarıda iştirak edib. Şarl Lekler, Pyer Qasli, FİA-nın prezidenti Jan Dodt, "Formula 1"in rəhbəri Çeyz Keri və bir sıra keçmiş pilotlar Yuberin dəfn mərasiminə qatılıblar.

Xatırladaq ki, Antuan Yuber 31 avqust tarixində vəfat etmişdi.

RƏY BİLDİRİN