Bottas titulu qazanacağına inanır

"Mercedes"in pilotu Valtteri Bottas cari mövsümün titulu uğrunda gedən mübarizədən danışıb.

AutoCity.az xəbər verir ki, Bottas özünü çempionluq mübarizəsində görür:

"Hemilltonla fərqim çoxdur, lakin bu fərq yernən göy kimi deyil. Heçkəs sonda kimin titula sahiblənəcəyini dəqiq deyə bilməz. Addım-addım irəliləməyi düşünürəm. Çempionluq üçün əlimdən gələn hərşeyi edəcəm".

Qeyd edək ki, cari mövsümün ümumi turnir cədvəlində Bottas 221 xal toplayaraq Hemilltondan 63 xal geriləyir.

 

RƏY BİLDİRİN