120 dollarlıq cəriməni ödəməmək üçün 37 min dollar xərclədi

İngiltərəli avtomobil sahibi maraqlı qərar verib.

AutoCity.az xəbər verir ki, 2016-cı ildə 71 yaşlı Riçard Kidvell Vuster trasında maksimum sürət həddi 30 mil olduğu halda avtomobilini saatda 35 millə idarə etdiyinə görə ona 120 dollarlıq cərimə yazılıb. Qərardan narazı qalan Riçard, qaydaları pozmadığını və radarın səhv işlədiyini bəhanə gətirərək məhkəməyə müraciət edib. 3 il ərzində vəkilə və məhkəməyə 37 min dollar xərcləyən sürücü sonda mübarizəni uduzub. Məhkəmə cərimənin düzgün olduğunu bildirib. 

3 ilini və 37 min dollarını itirən Kidvel öz açıqlamasında bunları deyib:

"Bu sistem məni yordu. Mənim kimi sadə insanlar bundan əzab çəkirlər".

RƏY BİLDİRİN