Şumaxerin huşu özünə gəldi

Əfsanəvi "Formula 1" pilotu Mixael Şumaxerin huşu özünə gəlib.

AutoCity.az xəbər verir ki, 9 sentyabrda mediadan gizlin şəkildə Parisdə klinikaların birinə yerləşdirilən Şumaxerin huşunun özünə gəldiyi deyilir.

Klinikanın işçilərindən biri jurnalistlərə Şumaxerin ayıldığını deyib:

"Bəli, Şumaxer bizim klinikaya köçürülüb. Onun huşu özünə gəlib".

Xatırladaq ki, Şumaxer 2013-ci ildə dağ idmanı ilə məşğul olan zaman aldığı travmalardan komaya düşmüşdü.

RƏY BİLDİRİN