Bakıda tanınmış prodüser qəzaya uğradı

Nərimanov rayonunda 2 avtomobil toqquşub. 

AutoCity.az-ın məlumatına əsasən,  hadisə Təbriz küçəsində baş verib. Belə ki, Təbriz küçəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq sağa dönmə əməliyyatı edib. Bu zaman əks yolda hərəkətdə olan və Faiq Ağayevin idarə etdiyi "Nissan" markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Qeyd edək ki, Faiq Ağayev tanınmış prodüserdir. 

Faktla bağlı araşdırma aparılır. 

  • Bakıda tanınmış prodüser qəzaya uğradı
  • Bakıda tanınmış prodüser qəzaya uğradı

RƏY BİLDİRİN