İbrahimoviç özünə 1,57 milyonluq hədiyyə aldı - FOTO

LA Galaxy-nin ulduz hücumçusu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb.

AutoCity.az xəbər verir ki, daha çox özünü sevən insan kim tanınan futbolçu öz ad günündə özünə bahalı hədiyyə alıb. 3 oktyabr tarixində 38 yaşı tamam olan futbolçu özünə dəyəri 1,57 milyon avro olan Ferrari Monza SP2 superkarını alıb. Bu haqda futbolçu şəxsi İnstagram hesabı ilə məlumat verib. Zlatan, superkarın şəklini paylaşaraq "Ad günün mübarək, Zlatan" yazıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində Ajax, Juventus, İnter, Barcelona, Milan, PSG və Manchester United kimi klubların şərəfini qoruyub.

 

Посмотреть эту публикацию в Instagram

Happy Birthday to Zlatan

Публикация от Zlatan Ibrahimović (@iamzlatanibrahimovic)

RƏY BİLDİRİN