Bakıda baş verən yol qəzasında iki qardaş xəsarət aldı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AutoCity.az xəbər verir ki, hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb. Hadisə zamanı Tarverdiyev Asim Talib oğlu və Tarverdiyev Rasim Talib oğlu xəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

RƏY BİLDİRİN