Fransada avtobus qəzaya uğradı, ölən və yaralananlar var

Fransada sərnişin avtobusu qəzaya uğrayıb.

AutoCity.az xəbər verir ki, qəza ölkənin cənubundakı Od departamentində baş verib. "Flixbus" şirkətinə məxsus sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb. Qəza nəticəsində 1 nəfər həlak olub, daha 17 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə iki helikopter, həmçinin bir neçə xilasetmə maşını cəlb edilib.

Hadisə zamanı avtobusda 30 sərnişin olub. Qəzanın başvermə səbəbi araşdırılır. 

RƏY BİLDİRİN