Yaponiya Qran-prisi: Hava proqnozu

Bu həftəsonu "Formula 1" üzrə Yaponiya Qran-prisi keçiriləcək.

AutoCity.az xəbər verir ki, Sutsuka halqasında keçiriləcək yarışın ilk günündə yağmursuz hava şəraiti olacağı gözlənilir. Havanın temperaturu +26-+24 olacağı proqnozlaşdırılır. Şənbə və bazar günü isə mülayim yağışın yağacağı deyilir.

Qeyd edək ki, keçən il keçirilən Yaponiya Qran-prisi quru tras üzərində keçirilmişdi.

RƏY BİLDİRİN