Bakıda 2 avtomobil toqquşdu, 4 nəfər yaralandı

Suraxanı rayonu ərazisində, aeroport yolunda 2 avtomobilin toqquşması zamanı 4 nəfər xəsarət alıb.

AutoCity.az xəbər verir ki, şossedə yüksək sürətlə hərəkətdə olan 2 minik avtomobilinin toqquşması zamanı 14 yaşlı Həsənov Mehdi Zaur oğlu, Baxşəliyev Fərid Məharət oğlu, 1984-cü il təvəllüdlü Mehdiyev Rövşən Habil oğlu və İsmayıl adlı şəxs xəsarət alıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

RƏY BİLDİRİN