"Ferrari"nin adı dəyişdirildi

"Formula 1" üzrə Yaponiya Qran-prisində “Ferrari” yenidən “Scuderia Ferrari Mission Winnow” adlanacaq.


Autocity.az xəbər verir ki, FIA-nın oktyabrın 7-də açıqlanmış sifariş siyahısında komandanın adı belə göstərilib.

“Mission Winnow” təşəbbüsü “Ferrari”nin sponsorlarından birinin tütün məhsulunu reklam etməyə xidmət edir, lakin komanda bu və ya digər ölkənin qanunvericiliyinin tələbləri ilə əlaqədar bu loqotipdən hər yerdə istifadə edə bilmir. 2019-cu il mövsümünün 16 mərhələsindən 11-də “Ferrari” əməkdaşlarının maşınlarında və təchizatında “Mission Winnow” loqotipləri olmayıb. Loqotiplər sonuncu dəfə Monako Qran-Prisində müşahidə edilib. Lakin Yaponiya Qran-Prisində geri qayıdacaq. “Mission Winnow” 2018-ci ildə ilk dəfə məhz Sutsukada təqdim edilib.

RƏY BİLDİRİN