Sumqayıtda piyadanı vurub öldürən sürücünün adı məlum oldu

Sumqayıtda piyadanı vurub öldürən sürücünün adı məlum olub.

AutoCity.az-ın xəbərinə görə, hadisə oktyabrın 7-də, saat 19:30 radələrində Sumqayıt şəhəri, Koroğlu prospektində baş verib.

Belə ki, Əşrəf Vəliyev idarə etdiyi “Mercedes Benz D” minik markalı, 50-BO-108 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada Yavər Əmiraslanovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

Hadisə yeri və meyit müayinə olunub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

RƏY BİLDİRİN