Rallinin dördüncü mərhələsi keçirildi

Ötən gün Mərakeşdə keçirilən Ralli yarışın dördüncü və axarıncı mərhələsi keçirilib.

AutoCity.az xəbər verir ki, yürüşün lideri Nasser Al-Attiya texniki problemlərə görə finişə çata bilməyib. Al-Attiyanın əsas rəqibi Stefan Peteransel isə finişə 8 km məsafədə qəzaya uğrayıb. Uzun keçən təmir işlərindən sonra Stefan məsafəni bitirə bilib. Mühəndislər onun maşınını tam düzəldə bilsələr və Peteransel yarışın ən azı 5-ci pillədə bitirərsə 2019-cu ilin çempionu olacaq.

Mərhələnin qalibi isə Karlos Sayns olub.Məşhur Fernando Alonso isə xüsusi məntəqədə 8-ci pillədə qərarlaşmaqla karyerasının ən uğurlu çıxışını edib. Bununla belə, rusiyalı Viktor Xoroşavçev yenidən Alonsoya təzə, özünə zədəli təkər götürməklə ona uğurlu olmaqda köməklik göstərib.

RƏY BİLDİRİN