Yaponiya Qran-prisi: mətbuat konfransının cədvəli açıqlandı

FİA Yaponiya Qran-prisi çərçivəsində keçiriləcək mətbuat konfranslarının cədvəlini açıqlayıb.

AutoCity.az xəbər verir ki, media qarşısına ilk olaraq cümə axşamı günü Şarl Lekler (Ferrari), Karlos Sayns (McLaren), Maks Ferstappen (Red Bull), Niko Hülkenberq (Renault) və Corc Rassel (Williams) çıxacaq.

Beşinci gün isə mətbuat konfransı komanda və şirkətlərin nümayəndələri üçün keçiriləcək. Frederik Vassyer (Alfa Romeo), Mattia Binott (Ferrari), Günter Ştayner (Haas), Siril Abitebul (Renault) və Toyoharu Tanabe (Honda)  jurnalistlərin suallarına cavab verəcəklər.

Şənbə və bazar günlərində mətbuat konfransı isə günün ən yaxşı üç pilotu üçün keçiriləcək.

Qeyd edək ki, Rusiya Qran-prisi 11-13 oktyabr tarixində keçiriləcək.

RƏY BİLDİRİN