Ferstappen yeni müqaviləni imzalamayacaq

"Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen komandası ilə yeni müqavilə bağlayacağı xəbərlər haqda açıqlama verib.

AutoCity.az xəbər verir ki, Ferstappen öz açıqlamasında yeni müqaviləni imzalamaqda tələsmədiyini bildirib.

"Mən narahat deyiləm. Hazırda qarşıma qoyulan məqsədlərə çatmağı düşünürəm. Bizim istəyimiz növbəti mövsümdə titulu əldə etməkdir. 2020-dən sonra "Formula 1"də nələrin olacağını heçkəs dəqiq deyə bilməz. Ona görə də, müqaviləni imzalamaqda tələsmirəm" - deyə Maks vurğulayıb.

Qeyd edək ki, Maksın "Red Bull"a hazırki müqaviləsi 2020-ci ilin sonuna qədərdir.

RƏY BİLDİRİN