"Formula 1" şassilərinin möhkəmliyi artırılacaq

"Formula 1"də şassinin möhkəmliyini artırmağı planlaşdırırlar.

AutoCity.az xəbər verir ki, bunu “Racing Point”-in  texniki direktoru Endi Qrin öz açıqlamasında deyib.

“Bizi şassinin möhkəmliyinə dair qaydaları təhlil etmək üçün dəvət etmişdilər. Mövzu texniki işçi qrupunun növbəti iclasında müzakirə ediləcək. Böyük dəyişikliklər 2021-ci ilədək həyata keçəcək. Lakin hamı bilir ki, çox şeyi artıq gələn mövsümədək etmək mümkündür”.

Xatırladaq ki, "Formula 2" üzrə Belçika Qran-prisi zamanı fransalı pilot Antuan Yuber yüksək sürətlə gələn Xuan Manuel Korreanın onun bolidinə çırpılması nəticəsində “Radiyon” döngəsində baş verən qəzada həlak olub. Korrea hələ də hospitaldadır, üzərində bir neçə əməliyyat aparılan pilot hətta sağ ayağının amputasiyası təhlükəsi ilə üzləşib.

RƏY BİLDİRİN