"Biz bu gündən maksimum nəticə əldə etdik" - Lekler

“Ferrari”nin pilotu Şarl Lekler Yaponiya Qran-Prisinin birinci və ikinci sərbəst yürüşün nəticələrini şərh edib.

AutoCity.az xəbər verir ki, ikinci sessiyada ilk iki sıranı “Mercedes”in pilotları Valtteri Bottas və Luis Hemillton tutublar, Lekler isə liderdən 0,356 saniyə geri qalaraq dördüncü yerdə qərarlaşıb. Monakolunun ortağı, saniyənin dörddəbiri qədər ləngiyən Sebastyan Fettel beşinci olub.

“Biz bu gündən maksimum nəticə əldə etdik. Bu, ən başlıca şərtdir. Lakin görünür, bu həftəsonu bizdə sürət çatmır. Bu, olduqca maraqlıdır. Çünki bundan əvvəlki dörd yürüşdə biz çox sürətli idik.

Biz burada da yaxşı sürət nümayiş etdirəcəyimizi gözləyirdik. Lakin bu, baş vermədi. Amma biz bazar günü təsnifatına daha yaxşı hazırlaşmaq üçün öz üzərimizdə işləyəcəyik. Bolidin balansı ilə vəziyyət o qədər də pis deyil, lakin sürət də yetərincə deyil”, - deyə “RaceFans” Leklerin sözlərindən sitat gətirir.

RƏY BİLDİRİN